GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizdə Səhənd Sənaye Universitetinin öyrənciləri dekabrın 4-də bir araya gələrək “Qeyrətli öyrənci; etiraz, etiraz” və “Öyrənci ölər, zilləti qəbul etməz” şüarları səsləndirərək, etiraz aksiyası keçiriblər. Öyrəncilər həmçinin yeməklərin keyfiyyətinə etiraz edərək yeməklə dolu qabları universitetin həyətində yerə düzüblər.
Öyrəncilər universitet məsullarını onların tələblərinə laqeyd yanaşmaqda günahlandırıb. Onlar əsasən hökumətin universitetdə tətbiq etdiyi bəzi siyasətlər və universitetin verdiyi xidmətlərin zəif olmasına etiraz bildirib.
Bir müddət öncə də həmin universitein öyrənciləri etiraz aksiyası keçirmişdilər. Eyni zamanda digər bir neçə universitetdə də etiraz aksiyaları keçirilib.