Çərşənbə axşamı , Avqust 18 2026
azfa

Təbrizdə Urmiya gölü ilə bağlı aksiya: “Bizim gölümüzü geri qaytarın”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəalların Urmiya gölünün qurudulmasına qarşı aksiyaları davam edib.

Dünən yenidən Təbrizdə azərbaycanlı mədəni və ətraf mühit fəalları şəhərin müxtəlif küçələrində üzərində Urmiya gölü ilə bağlı şuarlar yazılmış posterlər yapışdırmaqla Urmiya gölünün qurudulmasına, gölün bərpası ilə bağlı vədlərin yerinə yetirilməməsinə öz etirazlarını bildiriblər.

Müxtəlif yerlərə yapışdırılan posterlərdə türk və fars dillərində “Urmu gölü yaşasın”,  “Urmiya gölünün məhv edilməsi Azərbaycan millətinin məhv edilməsi deməkdir”, “Urmiya gölünü bizə qaytarın”, “Urmiya gölünü qurtarın”şüarı yazılıb.

Bu aksiya ilə azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etirazlarını bildirib və gölün bərpa edilməsini istəyiblər.

Qeyd etmək lazımdır ki, 26 noyabrda da Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı fəallar oxşar aksiya keçirməklə Urmiya gölünün qurtarılmasını tələb etmişdilər.

Həmçinin yoxlayın

Tramp: İranla heç bir danışıqlar aparılmır, dəniz mühasirəsi davam edir

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla heç bir danışıqların və ya təmasların aparılmadığını, gələcək üçün …

Azərbaycan Rusiya səfirini etiraz olaraq Xarici İşlər Nazirliyinə çağırdı

GADTB: Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov …