Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Təbrizdə Urmiya gölü ilə bağlı həbs edilənlər məhkəməyə aparılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində Urmiya gölü ilə bağlı həbs edilənlər iyulun 17-də ittihamlarının elan edilməsi üçün məhkəməyə aparılıblar.

Azərbaycanlı milli fəallar Həmid Purvəli, Yunis Quluzadə, Calal Dehqani, İslam İmani, Məhəmməd Mustafayi, İbrahim Azəroğlu və Həkimə Əhmədi Urmi gölünün bərpasına İran hökumətinin laqeyd münasibətinə görə çağrılan dinc mitinqə qatılmaq istədikləri üçün irqçi fars rejimin məmurları tərəfindən həbs ediliblər.

Həmin fəalların hamısını bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

Urmiya gölünün qurudulmasına qarşı dünən iyulun 16-da Güney Azərbaycan şəhərlərində keçirilən mitinqlər zamanı kimlikləri müəyyənləşdirilən məhbusların sayı 18 nəfərə çatıb. Fəallardan 7 nəfəri Təbrizdə, 6 nəfəri Urmuda, 1 nəfəri Sulduzda və 4 nəfəri isə Qoşaçayda yaxalanıb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …