Şənbə , Oktyabr 24 2026
azfa

Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində bir qrup azərbaycanlı milli fəal Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər çap edərək, şəhərin müxtəlif yerlərində divarlara yapışdırdılar.

Bununla da azərbaycanlı fəallar Urmiya gölünün qurudulmasına etiraz etməklə yanaşı Azərbaycan Milli Hərəkatının mühüm mesajlarını xatırladıblar.

Azərbaycanlı milli fəallar Urmiya gölünün qurudulmasına qarşı etiraz şüarları ilə yanaşı həmçinin aşağıdakı şüarları yazmışlar:

“İstiqlal bayrağımızı Güney Azərbaycanda görəcəyik!

Gəlin əl-ələ verib milli varlığımıza sahib çıxaq!

Urmu və Araz üçün birlik!

Azərbaycan cavanlarının üzərinə çox ağır məsuliyyət düşür. Təbiətimiz, ana dilimiz, varlığımız, Urmu gölü təhlükə qarşısındadır. Vətənə sahib çıxmalıyıq!”

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …