Çərşənbə axşamı , Yanvar 7 2025
azfa

Təbrizdə “Urmu Araz üçün Birlik” başlıqlı vərəqələr yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə Urmiya gölü və Araz çayı ilə bağlı aksiya keçirilib.

Dünən Təbrizdə Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmiya gölünün qəsdən qurudulmasına, İran və Ermənistan tərəfindən Araz çayının məqsədli şəkildə çirkləndirilməsinə etiraz olaraq vərəqələr yayıblar.

Yayılan “Urmiya Araz üçün Birlik” başlıqlı vərəqələrdə yazılıb: “Qorxuram ki, Azərbaycan adı coğrafiyada yox, yalnız tarixdə qalacaq!”

Beləliklə, azərbaycanlı fəallar molla rejiminin Azərbaycana qarşı törətdiyi ekoloji fəlakətə qarşı mübarizədə birliyə çağırıblar.

Həmçinin yoxlayın

Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır

GADTB: PKK/YPG terror qruplaşması Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır. Bunu Türkiyənin xarici işlər …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalı Ovçu Məhəmmədian məzuniyyətdən məhrum edilib

GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney …