Bazar , Noyabr 29 2026
azfa

Təbrizin güləş üzrə Traxtur komandası qələbə qazanıb

GADTB: Təbrizin Traxtur güləş komandası güləş üzrə birinci divizion yarışlarının ilk mərhələsinin qalibi olub.

Traxtur komandası dörd inamlı qələbə qazanaraq güləş üzrə birinci divizion yarışlarının ilk mərhələsində çempionluq titulunu əldə edib.

Traxturçular bu mərhələdə parlaq nəticələr göstərərək güclü çıxışla turnir cədvəlinin zirvəsində qərarlaşıblar.

Traxturun komanda nəticələri:

Traxtur 8 – Həmədan 2

Traxtur 7 – Loristan 3

Traxtur 10 – Mərkəzi 0

Traxtur 10 – İsfahan 0

Traxtur komandası bu nəticələrlə birinci divizion yarışlarına güclü başlayıb və qarşıdakı görüşlərdə də uğurlu çıxışını davam etdirməyə ümid edir.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …