Cümə , Oktyabr 16 2026
azfa

Təbrizin Səhənd stadionu: “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı səsləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur klubunun dünən keçirilən oyununda “Azadlıq, Ədalət, Milli hökumət” şüarları səsləndirilib.

Təbrizin Səhənd stadionundan alınan məlumata görə, Azərbaycanın bəzi “Traxtur” azarkeşləri təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq naməlum yerə aparılıb.

Həbsin səbəbi və ittihamları barədə hələ ki, məlumat yoxdur.

Mayın 12-də futbol üzrə İran Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Güney Azərbaycanı təmsil edən Təbrizin “Traxtur” klubu öz meydanında Mazəndəranın “Nəssaci” klubu ilə üz-üzə gəlib. Yarış Traxtur klubu rəqibini 1-0 hesabı ilə məğlub edib.

Yarışda milli şüarlar o cümlədən “türk dilində mədrəsə- olmalıdır hər kəsə” və s. şüarla səsləndirilib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …