Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizin Səhənd stadionunda Traxtur tərəfdarları milli şüarlar səsləndirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizin Səhənd stadionunda Traxtur tərəfdarları milli şüarlar səsləndirib.

Martın 13-də futbol üzrə İran Premyer Liqasının 20-ci turunun oyunları çərçivəsində “Traxtur” Tehranın “Həvadar” komandası ilə yarışıb.

Təbrizin “Səhənd” stadionunda keçirilən yarışda Azərbaycan komandası Tehran komandasını 4-2 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra xallarını 35-ə yüksəldən “Traxtur” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Stadiona toplaşan çoxsaylı “Traxtur” tərəfdarları “Urmu, Zəncan, Ərdəbil-Bu səs Təbrizdən gəlir”, “Bu torpaqdan pay olmaz”, “Azərbaycan var olsun, istəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.

Həmçinin azərbaycanlı tərəfdarlar “Urmiya Azərbaycanın ürəyidir” yazılmış və Azərbaycan Respublikası ilə Güney Azərbaycan xəritəsinin təsvir olunduğu banner və plakatlar nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …