GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdəki traktor istehsalı zavodunun işdən çıxarılan işçiləri işə qayıtmaq üçün petisiya imzalayaraq İnzibati Məhkəmənin 179 saylı qərarının ləğvini tələb ediblər.
Petisiya İnzibati Məhkəmənin sədrinə, Əmək və sosial müdafiə nazirinə və parlament üzvlərinə ünvanlanıb.
Onlar traktor zavodunun işdən çıxarılan işçilərinin işə qayıtmasına dəstək verilməsini, 18 ildən artıq ağır və ziyanlı iş təcrübəsi olan işçilərin hüquqlarının bərpa olunması və onlara yardım edilməsi üçün İnzibati Məhkəmənin qərarının ləğvini tələb ediblər.