Çərşənbə , Oktyabr 14 2026
azfa

Təkcə Qərbi Azərbaycan İranın qızıl istehsalının 40 faizini təşkil edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkəçi kimi Güney Azərbaycanın mədənlərini talayır. Təkcə Qərbi Azərbaycan İranın qızıl istehsalının 40 faizini təşkil edir.

Qərbi Azərbaycan əyalətinin baş hakimi açıqlamasında bildirib ki, bütün İran üzrə mövcud olan  qızılın 40 faizi Qərbi Azərbaycan əyalətinin Tikantəpə bölgəsində istehsal olunur

O, təklif edib ki, İran Milli Qızıl Şirkəti Tikantəpədə (Təkab) yaradılsın.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanın qızıl və s. qoymətli mədənlərini talayıb ixrac edir. Bundan əldə etdiyi gəlirin neft gəlirlərindən artıq olduğu bildirilir.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …