Şənbə , Oktyabr 24 2026
azfa

Təyin edilən vəsiqə təmin edilsə də rejim Siyamək Mirzayini zaminə buraxmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, həbs müddətinin sona çatmasına baxmayaraq, yenidən irqçi fars rejim tərəfindən şərlənən azərbaycanlı fəal Siyamək Mirzayinin zaminə buraxılması üçün təyin edilən vəsiqə təmin edilsə də, rejim onu zaminə buraxmaqdan imtina edib.

Heç bir günahı olmadan həbsdə saxlanılan azərbaycanlı fəal rejim tərəfindən 1 il Təbəsə sürgün cəzasına da məhkum edilib. Həmin sürgün qərarının müəyyən edilməsi üçün rejimin məhkəməsinə müraciət edilib.

Rejimin məhkəməsi heç bir səbəb olmadan onsuz da şərləyərək həbsdə saxladığı azərbaycanlı fəalın zaminə buraxılması üçün təyin edilmiş vəsiqənin məbləğini qat-qat artırmaqdadır.

Əvvəl 30 milyon tümənlik təyin edilən vəsiqə məbləği hazırda 200 milyon tümənə qədər artırılıb və yenə də vəsiqənin təyin edilməsinə baxmayaraq irqçi rejim fəalı müvəqqəti zaminə belə buraxmır.

 Qeyd edək ki, azərbaycanlı fəal yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlamışdı.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın