Cümə axşamı , Oktyabr 15 2026
azfa

Tahir Nəqəvinin səhhətinin ağırlaşması səbəbilə xəstəxanaya aparılıb

GADTB: 5 aban tarixindən aclıq aksiyasını davam etdirən azərbaycanlı vəkil Tahir Nəqəvi, 2 azar 1404-cü il tarixində, səhhətində yaranmış ciddi ağırlaşmalar səbəbindən Təcrişdə xəstəxanasına köçürülüb.

Fəal hüquq müdafiəçisi Sina Yusifi sosial şəbəkə “X”də, məlumatlı mənbələrə istinadən yazıb ki, xəstəxanaya aparılmasına baxmayaraq, Nəqəvi üçün heç bir ciddi tibbi müdaxilə həyata keçirilməyib və o, qısa müddət sonra yenidən həbsxanaya qaytarılıb.

Uzunmüddətli aclıq aksiyası Tahir Nəqəvinin dəfələrlə kəskin çəki itkisi, şiddətli halsızlıq və müxtəlif təhlükəli fiziki əlamətlərlə üzləşməsinə səbəb olub ki, bu da ailəsinin və hüquq müdafiəçilərinin narahatlığını artırıb. Evin həbsxanasında saxlanılan vəkil Nəqəvi onurğa sütunu ilə bağlı problemlər və prostat xəstəliyi kimi ciddi sağlamlıq durumları ilə mübarizə aparsa da, həbsxana rəsmiləri onun xəstəxanaya göndərilməsi və həbsxanaxarici müalicəsinə hələ də imkan vermirlər.

Tibbi yardımın göstərilməməsi bu məhbus vəkilin həyatını ciddi təhlükə altına sala bilər.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …