Bazar , Noyabr 29 2026
azfa

Taliban Sepah Qüds qanadı komandanının terrorçu dostunu nazir təyin etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Taliban terror qruplaşması Əfqanıstanda müdafiə naziri vəzifəsinə Quantanamodakı keçmiş terrorçu məhbus Əbdül Kayyum Zakiri təyin edib.

Bu məlumatı “Alarby” saytı yayıb.

Qeyd edək ki, Zakir 2001-2007-ci illərdə Quantanamoda həbsdə olub. O, Əfqanıstanın işğalından sonra amerikalıların əlinə keçmişdi. Zakir həmçinin avqustda Kabilə daxil olan Taliban qoşunlarına rəhbərlik etmişdi. Qərb mətbuatı Zakiri terrorçu Sepahın Qüds qanadının komandanı terrorçu İsmayıl Qaninin dostu adlandırır.

Həmçinin yoxlayın

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …