Şənbə , Noyabr 27 2021
azfa

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin doğum günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün azərbaycanlı siyasi məhbus və Güney Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biri Abbas Lisaninin doğum günüdür.

Abbas Lisani 30 illik fəaliyyəti dövründə azərbaycanlıların tapdalanmış hüquqlarını müdafiə etmişdir.

Abbas Lisaninin fədakarlığı onu Güney Azərbaycanda fars rasizminə qarşı müqavimət simvollarından birinə çevirib.

Tanınmış azərbaycanlı fəal İran rejiminin Məhkəmə Sisteminin qeyri-insani qərarlarına etiraz olaraq zindanda müqavimət və mübarizəsinə davam edib, uzunmüddətli aclıq aksiyaları keçirməsi keçirmişdir.

Azərbaycan türklərinin milli hüquqları uğrunda çalışan Abbas Lisani müxtəlif aksiyalara rəhbərlik edib, məhkəmələrdə tərcüməçi tələb edərək Azərbaycan türkcəsində məhkəmənin keçirilməsini tələb etmişdir. Belə haqlı fəaliyyətlərinə görə İran məhkəməsi ona ağır həbs cəza vermişdir.

Son olaraq Abbas Lisani tanınmış musiqi ustadı Həsən Dəmirçinin dəfn mərasimindəki məşhur çıxışı onun həbsinə səbəb olmuşdur.

O həmin mərasimdə çıxışında demişdi: “Şübhəsiz ki, bu dəfə Azərbaycan əbədi azadlıq yolunda addımlayacaq və onun övladları çiyin-çiyinə bu yolda lazim olan bütün bədəlləri ödəməyə hazır olacaqlar”.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur.

Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilmişdi.

Daha sonra isə irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırmışdı.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırmışdı.

Həmçinin yoxlayın

Soçi görüşünün nəticələri ilə bağlı bəyanat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, …

İran qüvvələri İsfahanda etirazlara atəş açdı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə gündür davam edən etirazlar İsfahan Xürrəmabadda …