Cümə axşamı , Aprel 18 2024
azfa

Tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani müalicə olunmadan zindana qaytarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisani mayın 25-i səhər saatlarında kəskin bel və diz ağrıları üzündən 12 məmurun müşayiəti ilə Ərdəbil şəhərinin Fatimi xəstəxanasına köçürülmüşdü.

Abbas Lisani həmin xəstəxanada müayinə edilib, ona ağrı kəsici dərmanlar verilib, ağrıların dəqiq mənbəyini öyrənmək üçün MRT-ə ehtiyac olduğu bildirilib.

Lakin azərbaycanlı siyasi məhbus MRT olunmadan günorta saatlarında yenidən zindana qaytarılıb. Hazırda siyasi məhbusun şəhərin MRT mərkəzlərindən birinə aparılmaq üçün koordinasiya işlərinin bitməsini gözləyir.

Abbas Lisani bir müddətdir bel və diz ağrılarından əziyyət çəkir. Həkimlərin dediyinə görə, onun dizinə su yığılır, belində də disk yırtığı var.

Azərbaycanlı siyasi məhbusun belə ciddi xəstəliklərdən zəiyyət çəkməsinə baxmayaraq təhlükəsizlik orqanlarının müdaxiləsi nəticəsində zindan məsulları onun duruma laqeyd yanaşır, müalicə olunmasına imkan vermirlər.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir.

Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur.

Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum etdi.

Daha sonra isə irqçi fars rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırdı. Məhkəmə qərarı Abbas Lisani və onun vəkilinə açıqlanıb.

Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi bug ün, oktyabrın 1-də azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb. Halbuki, tanınmış azərbaycanlı fəal ilkin instansiya məhkəməsində 8 il həbsə, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı.

Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.

Azərbaycanlı fəal həmçinin rejimin Şərqi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsində 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal heç bir günahı olmadan ümumilikdə 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzasına məhkum edilib.

Azərbaycanlı fəalın məhkəmə iclası rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsində hakim Nasir Ətəbatinin sədrliyi və müşavirlər Bilal Muzəffəri və Mərhəmət Şahbazzadənin iştirakı ilə 16 sentyabr 2019-cu ildə keçirilmişdi. Halbuki, Nasir Ətəbati daha əvvəl Ərdəbildə rejimin prokuroru qismində Abbas Lisaniyə qarşı iddianamə irəli sürmüşdü.

Abbas Lisani uzun illərdir Azərbaycan türk millətinin milli hüquqları uğrunda mədəni mübarizə aparır. O sonuncu dəfə cari il iyulun 2-də hər il təşkil olunan Babək Qalası Qurultayı öncəsi daha üç fəalla birlikdə Ərdəbildə rejimin təhlükəsizlik qüvvələri tərəfindən heç bir günahı olmadan yaxalanıb, iyulun 11-də 50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

Bu günə kimi müxtəlif beynəlxalq insan haqları təşkilatları İran hökumətini A.Lisaniyə qarşı irəli sürülmüş ittihamlara, ədalətsiz məhkəmə qərarına və ona qarşı göstərilən təzyiqlərə son verməyə çağırıb.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …