Bazar , Sentyabr 20 2026
azfa

Tanınmış türkoloq Hüseyn Məhəmmədzadə Düzgün Təbrizdə dəfn edildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün tanınmış türkoloq alim Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) Təbrizdə dəfn mərasimi keçirilib.

Azərbaycanlı alim Təbrizin “Vadi rəhmət” qəbristanlığında dəfn edilib.

Avqustun 25-də tanınmış alim, dilçi və türkoloq Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) cənazəsi Tehrandan Təbrizə gətirilərək burada dəfn edilib.

Böyük alim “Vadi rəhmət” qəbristanlığının fəxri bölməsində torpağa tapışırılıb.

Alimin dəfn mərasiminə Tehran, Urmiya, Zəngan, Ərdəbil və başqa Güney Azərbaycan şəhərlərdən çox sayda insanın qatılıb.

Dəfn mərasimində iştirrak edənlər azərbaycalı alimin məzarı başında xorla “Azərbaycan” və “Ayrılıq” mahnılarını ifa ediblər.

Qeyd edək ki, 1945-ci ildə Təbrizdə anadan olan Hüseyn Məhəmmədzadə Sədiq müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub.

O, 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan “Yoldaş” dərgisinin baş redaktoru olub.

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Hüseyn Məhəmmədzadə Sədiq Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub.

Azərbaycanlı alim həmçinin Kaşğarlı Mahmudun “Divani Lüğat-it Türk” əsərini tərcümə edib.

O həmçinin Füzulinin və Azərbaycanın onlarla klasik şairinin əsərlərini nəşrə hazırlamışdı. 

Özbəkisatn dövləti azərbaycanlı alimə türk dili və ədəbiyyatı və ümumiyyət türkologiya sahəsindəki araşdırmalarına görə “Əmir Əlişir Nəvayi” mükafatını vermişdir.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …