Cümə axşamı , Oktyabr 22 2026
azfa

Tarixi Azərbayacan şəhəri Dərbənddə azərbaycanlılar etiraz aksiyası keçirib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlılar tarixi Azərbaycan şəhəri Dərbənddə etiraz aksiyası keçiriblər.

Dərbənd şəhərindəki Muzey-Qoruq Kompleksinin yeni təyin edilən direktoru Viktor Çesnakov elan edib ki, şəhərin azərbaycanlılar yaşayan qədim hissəsi hərraca çıxarılaraq satılacaq.

Xəbərdən hiddətlənən soydaşlarımız dünən günorta saatlarında qədim Cümə məscidinin qarşında etiraz aksiyası keçirərək, Viktor Çesnakovdan hansı əsasla onların ata-baba yurdlarının satışa çıxarılmasının hesabını tələb ediblər. Aksiya zamanı toqquşma baş verib.

Dərbənddə azərbaycanlılar etiraz aksiyası keçirib

Publicerat av Ali Huseyn Måndag 16 mars 2020

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın