Çərşənbə , Oktyabr 21 2026
azfa

Koronavirusun Çindən İrana və bölgəyə yayan molla və sepah terrorçularından daha bir neçəsi öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusun Çindən İrana və bölgəyə gətirib yayan molla və sepah terrorçularından daha bir neçəsi virusa tutularaq ölüb.

İrqçi fars rejimin Üləma Məclisinin üzvü, Qolpayeqan şəhərinin keçmiş imam cüməsi “ayətullah” Seyid Haşım Bəthayi koronavirusdan ölüb.

“Covid-19” virusuna yoluxduğu üçün iki gündən bəri həkimlərin nəzarəti altında müalicə alan axund, martın15-dən 16-sına keçən gecə Qumun “Şəhid Beheşti” xəstəxanasının reanimasiya şöbəsində keçinib.

Həmçinin Mahan təyyarə Şirkəti vasitəsilə çinliləri daşıyataq,koronavirusu İrana və bölgəyə yayan sepah terrorçularından da daha biri də koronavirusa yoluxaraq ölüb.

Artıq Sepah terror təşkilatının hərbi pilotu Əmir Ramxu koronavirusdan ölüb.

Sepahın bundan əvvəl Suriyada keçirmiş hərbi əməliyyatlarına qatılan, iki ay yarım əvvəl Bağdadda öldürülmüş Sepahın “Qüds” briqadasının keçmiş baş terrprçusu Qasım Süleymaninin yaxın həmkarlarından olan pilot Əmir Ramxu, martın 16-sı sübh saatlarında müalicə aldığı Tehran xəstəxanalarından birində keçinib.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …

Bir cavab yazın