Çərşənbə , Oktyabr 9 2024
azfa

Tehran etirazlarında rejimin öldürdüyü bir azərbaycanlı gəncin adı məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda keçirilən etiraz aksiyalarında öldürülən azərbaycanlılardan birinin adı müəyyən edilib.

Qərbi Azərbaycan vilayətinin Tikantəpə şəhərindən olan azərbaycanlı fəal Hadi Qurbani Tehranın Nəsimşəhr (Əkbərabad) məhəlləsində keçirilən kütləvi etirazlarda irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Ərk-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Jalə Təbrizinin mötəbər mənbəyə istinadın yaydığı məlumata görə, Əli oğlu Hadi Qurbani Nəsimşəhr sakini olub. O keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.

Qətlə yetirilən azərbaycanlı fəalın subay və 20 yaşlı gənc olduğu bildirilib.

Həmin mənbə Tehran sakini olan daha bir tikantəpəli soydaşımızın paytaxtda keçirilən etiraz aksiyalarında ağır yaralandığını bəyan edib. Məlumata görə, Beytulla oğlu Rza Nəsiri aksiya zamanı baş nahiyyəsindən güllə yarası alıb, o hazırda xəstəxanada müalicə olunur.

Verilən informasiyaya görə, azərbaycanlı gəncin bir gözü görmə qabliyyətini itirib. Həkimlər bildirib ki, güllə gəncin beyninin yaxınlığına qədər toxunduğu üçün onu çıxarmaq olduqca risklidir, həmin şəxs əməliyyat zamanı həyatını itirə bilər. Rza Nəsirini müalicə edən həkimlərin açıqlamasına görə, güllə ömrünün sonuna qədər onun başında qalacaq və hər zaman epilepsiya kimi müxtəlif problemlərə səbəb olacaq.

Qeyd edək ki, bunan əvvəl Zəncanda keçirilən aksiyalarda Əmir Hüseyn Abbasi, Ərdəbildə Seyid Əli Fətuhi Kuhsare və Təbrizdə Əli Hüseyninin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü məlum olub. Etirazlar zamanı çox sayda Azərbaycan türkləri öldürülüb. Lakin etirazların genişmiqyaslı olması və rejimin interneti kəsməsi səbəbindən hələlik onların hamısının adını müəyyənləşdirmək mümkün olmayıb.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın