Çərşənbə , İyun 7 2023
azfa

Tehran-Yasuc təyyarəsində olan 66 nəfər ölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qəzaya uğrayan Tehran-Yasuc təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

Tehrandan Yasuc şəhərinə uçan “Aseman Airlines” aviaşirkətinə məxsus “ART-72” tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semirom məntəqəsində dağlıq ərazidə qəzaya uğrayıb. Bu gün səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.

Bölgəyə xilasedici dəstələrin olduğu vertolyotlar göndərilsə də, sıx duman səbəbindən vertolyotlar qəza baş verən dağlıq əraziyə enə bilmir. Bu səbəbdən hələlik qəzaya uğrayan təyyarənin qalıqları aşkarlamaq çətin olub.

Qeyd edək ki, irqçi fars rejimi dünyada terrorçuları dəstəkləmək və dağıdıcı siyasət yeritməklə həm özünü təcrid edəb, həm də ölkəyə gələn gəliri əhalinin rifahı və təhlükəsizliyinə xərcləmək yerinə Suriya, Livan və s. ölkələrdə terrorçuları maliyələşdirməyə xərcləyir. Ona görə də köhnəlmiş sərnişin daşıyan təyyarələrini də təzələyə bilmir. Bunun nəticəsində tez-tez qəzalar baş verir.

Həmçinin yoxlayın

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah …

Türkiyənin “Qızıl alma” PUA-sı F-16-larla uçdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, “Baykar” şirkətinin istehsalı olan “Qızıl alma” və “Akıncı” …

Bir cavab yazın