Şənbə , Aprel 13 2024
azfa

Tehranda Ana Dili Günü münasibəti ilə etiraz vərəqələri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz və Ərdəbil şəhərlərində keçirilən tədbirlərin davamında fevralın 21-də Güney Azərbaycan Milli Hərəkatının fəalları Tehranda Beynəlxalq Ana Dili Günü münasibəti ilə Güney Azərbaycan millətinə qarşı İran hökumətinin milli və dil sahəsində ayrı-seçkiliyinə etirazlarını nümayiş etdirmək üçün vərəqələr paylayıblar.

Azərbaycanlı milli-mədəni fəalların yaydığı etiraz vərəqələrində yazılıb: “İranda fars mərkəzli hökumət tərəfindən farslaşdırma siyasətinin başlanmasından yüz ildən artıqdır ki, bu qeyri-insani və irqçi siyasət fonunda xalqın dili, mədəniyyəti və milli varlığı dəyişdirilir. Türklər, xüsusən də Azərbaycanın türk milləti digər qeyri-fars xalqlarla birlikdə məhvə məruz qalır və nəticədə sözügedən millətlərin coğrafiyasının insan resursları ilə yanaşı yerüstü və yeraltı sərvətləri də talan edilir”.

Qeyd olunub ki, hər il azərbaycanlı milli-mədəni fəallar Beynəlxalq Ana Dili Günü ilə bağlı Güney Azərbaycan şəhərlərində bir sıra tədbirlər keçirirlər.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …