Bazar , Noyabr 29 2026
azfa

Tehranda azərbaycanlı yeniyetmə Mobin Qənbəri güllələnərək öldürülüb

GADTB: Xoy şəhərindən olan azərbaycanlı yeniyetmə Mobin Qənbəri 18 dey tarixində Tehranda keçirilən etiraz aksiyası zamanı İran İslam Respublikası hakimiyyət qüvvələrinin birbaşa açdığı atəş nəticəsində həyatını itirib.

Daxil olan məlumatlara görə, Mobin Qənbəri silahsız və dinc şəkildə etiraz aksiyasında iştirak edərkən güllə ilə vurulub. Onun öldürülməsi, silahsız etirazçılara qarşı odlu silahdan istifadənin davam etdiyini və İran hakimiyyətinin zorakı repressiya siyasətini bir daha ortaya qoyur.

Etirazlarda həlak olanlar siyahısına bir yeniyetmənin də əlavə olunması, yaşamaq hüququnun geniş miqyasda pozulmasını və etirazçıların qətlə yetirilməsində hakimiyyət qüvvələrinin birbaşa məsuliyyətini yenidən gündəmə gətirib. Bu hadisə beynəlxalq insan haqları qurumlarının artan narahatlığı ilə qarşılanır.

Həmçinin yoxlayın

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …