GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Tehranda divarlara vərəqələt paylayıblar.
Divarlara yapışdırılan vərəqələrdə azərbaycanlı fəallar Güney Türküstan türkləri, eləcə də Türk dünyası üçün böyük mesajı əhaliyə çatdırıblar.
Vərəqələrdə yazılıb:
“#Ölkümüz – Azərbaycan
#Yolumuz – Türküstan
#Hədəfimiz – Turan”. Bunula da azərbaycanlı fəallar milli məqsədlər uğrunda birləşməyə və məqsədin Türk Dünyasının birliyi olmasına təkid ediblər.