Cümə , Oktyabr 16 2026
azfa

Terrorçu kürdlər Makıda azərbaycanlı gəncləri güllələyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu kürdlərin Güney Azərbaycanın Makı bölgəsində güllələdiyi azərbaycanlı gənclərin kimiliyi açıqlanıb.

Mayın 3-dən 4-ə keçən gecə Güney Azərbaycan Makı şəhərində kürd silahlı qruplaşmalarının atəşi nəticəsində azərbaycanlı gənclər yaralanıb.

Azərbaycanlı gənclər Məhəmməd Hüseynəlizadə və Rza Hüseynəlizadə kürd terrorçuları tərəfindən güllləniblər.

Rza Hüseynəlizadənin durumunun stabilləşdiyi, Məhəmməd Hüseynəlizadənin isə vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilir.

Qeyd edək ki, hadisə idman yarışında azərbaycanlı gənclərin milli şüarlar səsləndirrdiyi zaman baş verib.

“Azərbaycan var olsun, istəməyən kor olsun” və Azərbaycanın ərazi bütövlüyünü ifadə edən şüarlar səsləndirən gənclər silahlı mühacir kürdlərin hücumuna məruz qalıblar.

Yerli mənbələrin verdiyi məlumata görə, hücum edənlər ETTELAAT və SEPAH-la əməkdaşlıq edən terrorçu kürdlərdir. Onlar molla rejiminin təşviqi ilə Azərbaycana köçüb və Azərbaycanı kürdləşdirməyə çalışırlar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …