Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi oğurladığı ərəb lider Çəəbi edam etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi əl-Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatının keçmiş lideri, siyasi məhbus Həbib Əsyudu (Fərəcullah Çəəb) edam edib.

İranla yanaşı İsveç vətəndaşlığı da olan H. Əsyudun “separatçı qruplaşmaya rəhbərlik etməkdə”, həmçinin Xuzistan əyalətində “çoxsaylı silahlı əməliyyatları” təşkil etməkdə ittiham olunurdu.

Qeyd edək ki, 1999-cu ildə İran adlanan yerdə ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinə muxtariyyət tələbi ilə qurulan Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı 2005-ci ildə Əhvaz hadisələrində məşhurlaşıb.

“Nizal” kimi tanınan bu təşkilat ərəbdilli “Ahvazuna” telekanalının sahibidir.

“Nizal” hərəkatının 2018-ci il sentyabrın 22-də Əhvaz şəhərində İran-İraq müharibəsini qeyd edən hərbi parada hücum edən təşkilat olduğu iddia edilib. Hücum nəticəsində 25 nəfər ölüb, 60 nəfər yaralanıb.

Təşkilatın lideri Həbib Əsyudun 2020-ci ildə bir İrana bağlı kürd terrorçu tərəfindən Türkiyədən qaçırılaraq İrana aparılıb və ona qarşı açılan məhkəmədə edam cəzasına məhkum edilib. Hadisə ilə əlaqədar İstanbul Şəhər Prokurorluğu 12 nəfərə qarşı cinayət işi açıb.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …