GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu kürdlər türk yurdu Kərkükdə 6 terror aktı törədiblər. Silsilə partlayışlar nəticəsində 6 nəfər həlak olub.
Bildirilir ki, şəhərin müxtəlif yerlərində fərqli saatlarda partlayıcı maddələr və partlayıcı qurğularla dolu avtomobillər partladılıb.
Rudaw kanalının məlumatına görə, hücumların nəticəsində 18 nəfər yaralanıb.
Qeyd edək ki, terrorçu kürdlər türk şəhəri olan Kərkükü ələ keçirmək və türkləri öz yurdundan didərgin salmaq məqsədilə son onilliklərdə Kərkükdə saysız-hesabsız terror aktı törədiblər.