Çərşənbə axşamı , İyul 14 2026
azfa

Terrorçu Sepah-ın Güney Azərbaycanda yeni təxribatı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin terrorçu Sepah təşkilatı Ərdəbil vilayətində yeni təxribata start verib.

Rejimin terrorçu qrupu iddia edib ki, “Türk Xalq Fədayi Çərikləri” adında guya separatçı bir qruplaşmanın liderini həbs edib.

Terrorçu Sepaha-ın orqanı kimi olan Tasnim Xəbər Agentliyi də bu təxribatda iştirak edib və məlumatı yayıb.

Terrorçu sepahın Təsnim agentliyi iddia edib ki, “Ərdəbilin Həzrəti Abbas İnqilab Qvardiyasının təhlükəsizlik qurumunun sədri müxbirimizə bildirib ki, separatçı Türk Xalq Fədayiləri Çəriklərinin əsas lideri həbs edilib. Bu qrup nizama qarşı təbliğat fəaliyyəti yürüdüb, həmçinin silahlı fəaliyyət və müxalifləri təşkilatlandırmaq istiqamətində hazırlıq aparırdı”.

Güney Azərbaycanında isə “Türk Xalq Fədayi Çərikləri” adında bir qrupun mövcud deyildir və bunun rejimin terrorçu Sepahının yeni təxribatı olduğu bildirilir.

Sosial mediada Tasnim agentliyinin xəbərinə reaksiya göstərən türk fəallar belə bir dəstənin həqiqətdə mövcud olmadığını qeyd edirlər.

Rejim həbs edilən şəxsin kimliyi ilə bağlı heç bir məlumat verilməyib. Agentlik onun Ərdəbil vilayətinin məşhur turist bölgəsi Səreyində saxlandığını iddia edir. Bütün bunların isə irqçi rejimin terrorçu qurumunun Azərbaycana qarşı yeni təxribatı olduğu düşünülür.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın