Cümə , Aprel 19 2024
azfa

Türk Parlamebt Assambelyası komissiyasının onlayn iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 15-də Türk Parlamebt Assambelyasının (TÜRKPA-nın) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda iclası onlayn videokonfrans formatında keçirilib.

İclas “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsinin müzakirəsi” üzrə iki sessiyadan ibarət olub.

İclasın açılış mərasimində çıxış edən TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri və Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov sərhəd tanımayaraq qısa zaman ərzində bütün dünyaya yayılan COVID-19 pandemiyası, onun yaratdığı fəsadlar və mübarizə tədbirləri haqqında məlumat verib. İlk sessiyaya komissiyanın sədri akademik Əhliman Əmiraslanov sədrlik edib. Sessiya zamanı üzv ölkələrdən olan ekspertlər təqdimatlar etdilər, həmçinin COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması ilə bağlı təşkilata üzv ölkələrdə həyata keçirilən tədbirlər müzakirə edilib.

İştirakçılar məsələ ilə bağlı milli qanunvericilik və beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

İkinci sessiyaya Komissiyanın katibi Emin Həsənov moderatorluq edib. İkinci sessiya zamanı üzv ölkələrdən olan ekspertlər qanunvericiliyin uyğunlaşdırılması və enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanunun hazırlanması üzrə məsələləri müzakirə ediblər.

Videokonfransda təşkilata üzv ölkələrin parlamentlərindən və Özbəkistandan olan millət vəkilləri ilə yanaşı, üzv ölkələrinin müvafiq nazirlik və qurumlarından, həmçinin beynəlxalq təşkilatlardan olan ekspertlər də iştirak ediblər.

Bununla da TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının “COVID-19 pandemiyası zamanı su ehtiyatlarının və torpaqların qorunması” mövzusunda onlayn iclası başa çatıb.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın