
GADTB: İrqçi fars-molla rejimin müstəmləkəçi siyasəti nəticəsində Qərbi Azərbaycanın kənd və şəhərlərinin və türklərin yaşadığı digər bölgələrin sakinləri vətənlərini tərk edərək Tehran, İsfahan və s. farsdilli böyük şəhərlərə köçmək məcburiyyətində qalıblar.
GüneyAzərbaycanın Tikantəpə şəhristanının Quşxana kəndindən olan bir qocanın vətəni ilə bağlı açıqlamalarından ibarət “Əfşaryurdu” səhifəsində yayımlanan videoçarx Qərbi Azərbaycanın Tikantəpədə kəndlərin əhalisinin azalmasının acı hekayəsindən bəhs edilir.
“Quşxana mənə vətəndi amma hamı köçdü Tehrana, vətən mənə qürbət oldu.” – deyə müsahibə verən yaşlı sakin bildirib.
Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələri, o cümlədən Tikantəpə şəhəri və ətraf ərazilər müxtəlif tarixi abidələri, Suğurlu (Taxt Süleyman) kimi təbii görməli yerləri və səfalı iqlimi ilə yüksək turizm potensialına malikdir. Ancaq mərkəzin Azərbaycana qarşı apardığı ayrı-seçkilik siyasəti nəticəsində bu bölgələr son illərdə mənfi əhali artımı ilə üzləşiblər.
Turizmin inkişafı üçün əlverişli şəraitlə yanaşı, Tikantəpədə yerləşən Zərşuran qızıl mədəni gənclər və bölgə əhalisi üçün iş yerlərinin yaradılması üçün böyük potensiala malikdir. Bu, şəhərə və Qərbi Azərbaycan vilayətinə kapital axınına səbəb ola bilər. Lakin çıxarılan qızıl xam formada İsfahan da daxil olmaqla mərkəzi şəhərlərə daşınıb və Güney Azərbaycana heç bir gəlir gətirməyib.
Regional inkişaf ekspertləri dəfələrlə xəbərdarlıq ediblər ki, İranın paytaxtı və mərkəzi əyalətlərində obyektlərin, investisiyaların və resursların cəmləşməsi İranın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda dərin iqtisadi və mədəni boşluqlara səbəb olub.
Hər cəhətdən zəngin potensiala malik bölgələr molla rejimin müstəmləkə siyasəti ucbatından geridə qalmış, bir çox kəndlər boşalmış, Güney Azərbaycanın şəhərləri sözün əsl mənasında əhalisizləşmişdir.
Video:
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi