Tikantəpədə azərbaycanlı fəallar Abbas Lisaninin həyatıns təhlükə ilə bağlı xəbərdarlıq ediblər

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal tanınmış azərbaycanlı siyasi məhbusAbbas Lisaninin həyatına təhlükə ilə bağlı xəbərdarlı edərək, onun sərbət buraxılmasını tələb ediblər.

 Bu məqsədlə azərbaycanlı fəallar şəhərin müxtəlif yerlərinə Abbas Lisanininaşağısında şüar yazılmış şəkillərini yapışdıraraq siyasi məhbusa dəstəklərini ifadə ediblər.

Şəhərdə yapışdırılan Abbas Lisaninin şəkillərininn altında yazılıb:

“Zindanda koronavirus mədəni fəalların həyatına təhlükə yardır- Tikantəpə Milli Hərəkəti”.

Qeyd edək ki, koronavirusun zindanlarda, xüsusilə Ərdəbil zindanın yayılması və azərbaycanlı siyasi məhbusları, o cümlədən Abbas Lisaninin həyatını təhlükəyə salmasına baxmayaraq, rejimin onların müalicəsinə şərait yaratmaması Güney Azərbaycanda bu istiqamətdə etirazlara səbəb olub. Ona görə də son günlər Güney Azərbaycan şəhərlərinin əksərində milli-mədəni fəallar plakard, broşura, qrafit, divarlara yazılmış şüarlarla azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Hgazırda azərbaycanlı siyasi məhbuslar Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əli Vasiqi, Rza Vasiqi, Yusif Kari və s. məhbuslar rejimin zindanında qalmaqdadır.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın