GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Tirəxtur yarışının Azərbaycan türkcəsində şərhinə icazə alınıb. Bu barədə Təbriz Səhənd telekanalının idman şərhçisi Muctaba Sai açıqlama verib.
Sai özünün instaqram səhifəsində yaydığı videoda Tirəxtur yarışını göstərərək Azərbaycan türkcəsində şərh edib.
Güney Azərbaycan komandalarının yarışlarının Azərbaycan türkcəsində şərhinə icazə alındığını bildirən Sai Azərbaycan əhalisini bu işə yardımçı olmağa çağırıb. O deyib: “Çoxdandır futbolsevər dostlarım futbol yarışının Azərbaycan türkcəsində şərh edilməsini istəyir. Ötən gün 6 ay məşqdən sonra ilk dəfə bunu test etdik. Artıq bununla bağlı səlahiyyətli orqanlardan icazə də alınıb. Yaxın gələcəkdə istədiyimiz həyata keçəcək”.