Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp Rza Pəhləvinin İranda dəstək qazana biləcəyinə şübhə ilə yanaşır

GADTB: Dünən ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə müsahibəsində İranın son şahının oğlu Rza Pəhləvinin ölkədə dəstək qazanaraq hakimiyyəti ələ keçirə biləcəyinə şübhə ilə yanaşdığını bildirib. Tramp Pəhləvini “gözəl insan” kimi xarakterizə etsə də, onun İranda real dəstək qazanacağına əmin olmadığını deyib.

Oval Ofisdə danışan ABŞ prezidenti vurğulayıb ki, İran cəmiyyətinin Pəhləvinin liderliyini qəbul edib-etməyəcəyi qeyri-müəyyəndir. “Onun İranda necə qarşılanacağını bilmirəm… hələlik o mərhələdə deyilik”, – deyə, Tramp qeyd edib.

Tramp əlavə edib ki, əgər iranlılar Pəhləvini lider kimi qəbul etsəydilər, ABŞ bununla bağlı problem görməzdi. Bununla yanaşı, o, etirazlar fonunda Tehrandakı mövcud rejimin nəzəri olaraq çökə biləcəyini desə də, “istənilən rejim çökə bilər” sözləri ilə məsələni ümumi kontekstdə dəyərləndirib./ Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …