Şənbə , Avqust 29 2026
azfa

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası ABŞ-a məlumat verib ki, mediada yayılan xəbərlərin əksinə olaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya digər ödəniş tələb etmir.

Tramp yazıb: “İran İslam Respublikası ABŞ-a bildirib ki, mediadakı xəbərlərin əksinə olaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir keçid haqqı, sığorta ödənişi və ya başqa bir məbləğ tələb etmir və almır.”

O əlavə edib ki, əgər bu məlumatın doğru olmadığı ortaya çıxarsa, ABŞ ilə İran arasındakı danışıqlar dərhal dayandırılacaq.

ABŞ prezidenti həmçinin vurğulayıb ki: “ABŞ İran İslam Respublikasına heç bir pul ödəməyib və onun vəsaitlərinin heç bir hissəsini azad etməyib.”

Trampın sözlərinə görə, ABŞ nəzarətində olan İran vəsaitlərinin bir hissəsi yalnız Amerika fermerlərindən kənd təsərrüfatı məhsulları alınması məqsədilə istifadəyə açılacaq:

“Tam nəzarətimiz altında olan İran vəsaitlərinin bir hissəsini qarğıdalı, buğda, soya və digər məhsulların Amerika fermerləri və heyvandarlıq təsərrüfatlarından alınması üçün sərbəst buraxacağıq.”

O əlavə edib ki, İranın ərzaq məhsullarına ciddi ehtiyacı var və bu məhsullar yalnız ABŞ-dan alınacaq.

Həmçinin yoxlayın

İranın xarici ticarəti ABŞ-ın sanksiyaları və dəniz mühasirəsi səbəbindən 35 faiz azalıb

GADTB: «Reuters»in təhlil xarakterli hesabatında bildirilir ki, ABŞ-la müharibənin altı ayının tamam olması ilə eyni …

Traxtur komandası Çadorməlonu məğlub etdi

GADTB: Traxtur komandası gərgin və qalmaqallı keçən qarşılaşmada Çadorməlonu 2:0 hesabı ilə məğlub edərək matçın …