Çərşənbə , Oktyabr 14 2026
azfa

Tramp: Xalqın qətliamı baş verərsə, İran rejimi ağır bədəl ödəyəcək

GADTB: ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama ilə çıxış edərək, İran hakimiyyətinin xalqı qətlə yetirməsi halında bunun ABŞ tərəfindən çox ciddi cavabla qarşılanacağını bəyan edib.

Tramp İranın mövcud vəziyyətini dəyərləndirərkən bildirib: “Onların vəziyyəti çox pisdir” və vurğulayıb ki, əgər İran hakimiyyəti “xalqı öldürməyə başlayarsa”, ABŞ bu rejimə “son dərəcə ağır zərbə” endirəcək.

O əlavə edib: “Onlar bunu çox yaxşı bilirlər və onlara açıq və qəti şəkildə bildirilib ki, əgər belə bir addım atsalar, çox ağır bədəl ödəməli olacaqlar.”

Bu açıqlamalar İranın müxtəlif şəhərlərində etirazların genişləndiyi, eyni zamanda etirazçıların zorakılıqla qarşılaşa biləcəyi ilə bağlı narahatlıqların artdığı bir dövrdə səsləndirilib. Trampın açıq xəbərdarlığı, Vaşinqtonun İran hakimiyyətinin etirazçılara qarşı hər hansı kütləvi zorakılıq tətbiq etməsinə sərt və prinsipial mövqe tutduğunun göstəricisi kimi qiymətləndirilir.

Həmçinin yoxlayın

Azərbaycandan Fransa Xarici İşlər Nazirliyinin başçısının Azərbaycanı hədəf almasına etiraz

GADTB: Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun 13 oktyabr tarixində İqtisadi Əməkdaşlıq və …

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …