Bazar ertəsi , May 25 2026
azfa

Trampın İran adlanan ölkədə hakimiyyəti dəyişmək arzusunda olduğunu açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Trampın vəkili, Nyu-York şəhərinin sabiq meri Rudolf Culiani Amerika liderinin İran adlanan ölkədəki “rejimi dəyişmək”  arzusunda olduğunu bildirib. 

Nyu-York şəhərinin sabiq meri qeyd edib ki, İranda hakimiyyətin dəyişməsi “Yaxın Şərqdə sülhün bərqərar olmasına aparan yeganə yoldur”.

“Bu hətta Fələstin-İsrail münaqişəsinin nizamlanmasından də vacibdir”, – deyə Rudolf Culiani qeyd edib.

Donald Tramp yanvarda İranın iri şəhərlərindəki kütləvi etirazları şərh edərkən bildirmişdi ki, ABŞ “vaxtı çatanda” İrandakı xalqlara dəstək verəcək.

Həmçinin yoxlayın

Tramp: İranla razılıq əldə etsəm, bu, Obama dövründəki kimi deyil, real və güclü razılaşma olacaq

GADTB: Donald Tramp İranla mümkün razılaşmanın əvvəlki nüvə sazişlərindən tamamilə fərqli olacağını bildirib və belə …

ABŞ və İran ilkin sülh sazişi bağlamağa yaxı olsa da, detallar qeyri-müəyyən olaraq qalır

GADTB: Tramp ABŞ və İranın saziş barədə “əsasən razılığa gəldiklərini” bəyan edib, baxmayaraq ki, Amerika …

Bir cavab yazın