Trampla Netanyahu irq,i fars rejimi telefon danışığında müzakirə etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Ev ABŞ prezidenti Donald Trampla İsrail baş naziri Binyamin Netanyahu arasında İranın regional siyasəti ilə bağlı telefon danışığı aparıldığı barədə məlumat yayıb.

Ağ Ev cümə axşamı günü yaydığı bəyanatda bildirir ki, ABŞ və İsrail liderləri telefon danışığında iki ölkə arasında ortaq təhlükəsizlik maraqları ətrafında əməkdaşlıq, o cümlədən “İranın bölgədəki destruktiv addımlarının qarşısını almaq üçün səylər” ətrafında fikir mübadiləsi aparıblar.

Bu telefon danışığı Donald Trampın Twitter-də “nüvə sazişinin əksinə olaraq, gizli və uzun müddətli uran zənginləşdirməsi” səbəbindən İranı ittiham etdikdən sonra baş tutub. Tramp yaxın gələcəkdə bu ölkəyə qarşı sanksiyaların “əhəmiyyətli dərəcədə artacağını” bildirib.

Benyamin Netanyahu da cümə axşamı Twitter-də Trampla təhlükəsizlik və regional məsələlər ətrafında telefon danışığı apardığını bildirərək yazıb: “İrana qarşı sanksiyaların artırılması ilə bağlı qərarına görə prezident Trampa təşəkkür edirəm”.

Həmçinin yoxlayın

İranın Sepah terror təşkilatı Təbrizdə Azərbaycan konsulluğu qarşısında aksiya keçirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Sepah terror təşkilatı Təbrizdə Azərbaycan …

Azərbaycan Ordusu “azad artsax” “abidəsini” sökdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində, rus sülhməramlıların …

Bir cavab yazın