“Traxtur” Əhvazın “İstiqlal” komandasını 3-0 hesabı ilə məğlub etdi

GADTB: Güney Azərbaycanın Azərbaycanın “Traxtur” komandası İranın birinci futbol liqasının birinci yarısını birinciliklə başa vurub.

Dünən Təbrizin Səhənd Stadionunda İstiqlal Əhvazı 3-0 hesabı ilə məğlub edən “Traxtur” 32 xal və Sepahandan daha yaxşı top fərqi ilə Premyer Liqanın ilk yarı mövsümünün qalibi adını qazanıb.

Sepahan komandası 32 xal və daha az top fərqi ilə ikinci, Persepolis komandası isə 29 xalla üçüncü pillədə qərarlaşıb.

Dünən keçirilən yarışda “Traxtur”un xanım tərəfdarları da stadionda olub və oyunun sonuna qədər “Traxtur”u coşqu ilə alqışlayıblar.

Oyunun sonunda “Traxtur” təərəfdarları yarımmövsüm çempionluğunu qeyd ediblər.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …