Çərşənbə , Noyabr 18 2026
azfa

“Traxtur” komandasının həbsdə olan keçmiş oyunçusu zindanda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol klubunun keçmiş oyunçusu Əmir Nəsr Azadi İsfahanın Dəstgerd şəhərinin zindanında aclıq aksiyasına başlayıb.

Bu barədə məhbus repçi Tumac Salehinin “X” hesabında məlumat paylaşılıb.

Paylaşımda bildirilib ki, 2022-ci il etirazları zamanı həbs edilən keçmiş futbolçu təkadamlıq kameraya köçürülüb və iki gün öncə aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, martın 30-da Əmir Nəsr Azadinin adı ilə “X” və “İnstaqram” platformalarında hesab açılıb. Onun bacısı Hədisin sözlərinə görə, bu hesablarda qardaşının mesaj və müraciətləri paylaşılacaqdı.

Aprelin 5-də isə həmin hesablarda paylaşım edilərək vurğulanıb ki, ETTELAAT Nazirliyi Əmir Nəsr Azadini sosial media hesablarının aktivləşməsi səbəbilə təkadamlıq kameraya köçürüb.

Həmçinin yoxlayın

ABŞ hərbi rəsmisi Amerika qırıcılarının Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə hücum etdiyini təsdiqləyib

GADTB: 1405-ci il Aban ayının 26-da, çərşənbə axşamı günü Qeşm adasında partlayışların baş verməsi ilə …

İran İslam Respublikası atom bombası hazırlamaq üçün tam imkanlara malikdir

GADTB: İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani İran İslam Respublikasının atom bombası …