
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Röyter”in yazıb ki, ABŞ ordusu Suriyanın Türkiyə sərhədinə yaxın bölgələrindən geri çəkilməyə başlayıb.
Əslində kürd terror qruplaşması olan Suriya Demokratik Qüvvələri ABŞ əsgərlərinin zirehli maşınlarla sərhəd bölgəsini tərk edərək Ayn İsa bölgəsinə çəkildiyini açıqlayıb.
“ABŞ təklif etdiyi şərtləri yerinə yetirmədi və Türkiyə ilə sərhəd bölgəsindəki əsgərlərini geri çəkdi. Türkiyə indi şimal və şərqi Suriyanı işğala hazırlaşır. Biz özümüzü müdafiə etməkdən imtina etməyəcəyik”, – SDQ açıqlamasında deyilib.
Qeyd edək ki, Türkiyə təhlükəsizlik bölgəsinin yaradılması üçün təkbaşına əməliyyata başlayacağını açıqlayıb.