Cümə axşamı , Oktyabr 22 2026
azfa

Türk dilində çəkilən “Kömür” filminin Güney Azərbaycanda nümayişi başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda türk dilində azərbaycanlı rejissor tərəfindən çəkilən “Kömür” filmi oktyabrın 7-dən Güney Azərbaycanın Tehran, Təbriz və Ərdəbil şəhərlərinin kinoteatrlarında nümayiş etdiriləcək.

Azərbaycan türkcəsində İsmayıl Münsif tərəfindən çəkilən filmdə azərbaycanlı aktyorlara müxtəlif rollar verilib.

Qeyd edək ki, “Kömür” filmi bundan öncə İranda keçirilən Fəcr Film Festivalında türkcə çəkildiyi üçün ayrı-seçkiliyə məruz qalmışdı.

Bu barədə filmin rejissoru İsmayıl Münsif may ayında özünün İnstqaram səhifəsində festival məsullarının onun Azərbaycan türkcəsində çəkdiyi filmə laqeyd münasibət bəslədiyini yazmış və bildirmişdir ki, “Kömür” filminə heç bir mükafat verilmədi, hətta münsiflər heyəti həvəsləndirmək məqsədi ilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.

O İnstagram səhifəsində yazmışdı: “Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir prodüserlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız bir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərəfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir”.

“Kömür” filminin nümayiş edilmə qrafiki:

Tehran: Oktyabrın 12-dən, təcrübə və incəsənət kinoteatrları qrupunda (kinoteatr muzeyi, Pərdis Kuruş, Pərdis Çaharsu, Pərdis bağ-i kitab)

Təbriz: Oktyabrın 9-dan “Sitareye baran” kinoteatrında

Ərdəbil: Oktyabrın 12-dən İnqilab kinoteatrında

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın