Türk dövləti Qazxıstan latin əlifbasına keçir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı imzalayıb.

Yeni əlifbada edilən dəyişiklik barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

2017-ci ilin oktyabrında Nazarbayev qazax dili əlifbasının 2025-ci ilə qədər tədricən latın qrafikasına keçidi barədə fərman imzalamışdı. Dəyişikliyə əsasən, prezident tərəfindən təsdiq edilən 32 hərfdən ibarət yeni əlifbadan apostrof işarəsi çıxarılıb. İki diqraf (bir səsi bildirən iki hərf – sh, ch) tətbiq edilib.

Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası hazırda 42 hərfdən ibarətdir.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın