Türk ölkəsi Özbəkistanın prezidenti Aral gölü barədə BMT ilə müzakirələrə başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Özbəkistan Prezidenti Şövkət Mirziyayev bu ölkədə səfərdə olan BMT Baş katibinin müavini Maykl Meller ilə görüşüb.

Axar.az xəbər verir ki, Meller Özbəkistanda bütün sahələrdə aparılan islahatları təqdir etdiyini bildirib.

Görüşdə Özbəkistanla BMT arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq və regional məsələlər, o cümlədən Aral dənizi ilə bağlı ekoloji fəlakət məsələsi müzakirə olunub.

Bildirilib ki, ekoloji fəlakətin yumşaldılması üçün dünya birliyi öz səylərini artırmalı, Aralyanı ərazilərdə sosial-iqtisadi və humanitar layihələr həyata keçirilməlidir.

Tərəflər, həmçinin Əfqanıstandakı vəziyyətin siyasi cəhətdən tənzimlənməsi məsələsinə də toxunublar.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın