Çərşənbə , Avqust 19 2026
azfa

Türk ölkəsi Qazaxıstan hökuməti AES inşası ilə bağlı referendum keçirəcək

GADTB: Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı referendumun tarixini açıqlayıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı referendumun tarixini açıqlayıb. Dövlət başçısı qlobal enerji çatışmazlığının artdığını, etibarlı və ekoloji cəhətdən təmiz enerji mənbələrinə təcili ehtiyac olduğunu qeyd edib.

“Nüvə energetikasının inkişafına ciddi diqqət yetirmək lazımdır. Bu tip energetika nəsli iqtisadiyyatımızın sürətlə artan tələbatını böyük ölçüdə ödəyə bilər. Hazırda 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə 200-ə yaxın atom elektrik stansiyası fəaliyyət göstərir”, – deyə Tokayev bildirib.

Prezident qeyd edib ki, Qazaxıstan xalqı uzunmüddətli milli maraqları nəzərə almalı və gələcək haqqında düşünməlidir. O deyib: “Ölkənin həyatı üçün vacib olan hər bir addım xalqın dəstəyi ilə atılmalıdır. Atom elektrik stansiyaları ilə bağlı referenduma münasibətdə də belə olmalıdır. Keçən il onun icrasından danışdım, yəni mövzu artıq bir ildir ki, ictimai müstəvidədir. Hesab edirəm ki, bu, vətəndaşların məlumatlı qərar qəbul etməsi üçün yetərli müddətdir. Ona görə də hökumətin təklifini dəstəkləyirəm. 2024-cü ilin 6 oktyabrında AES-in inşası ilə bağlı ümumxalq səsverməsi keçiriləcək”.

Həmçinin yoxlayın

Molla rejimin yetişdirdiyi husi terrorçuları 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb

GADTB: İrqçi fars-molla rejimin yetişdirdiyi husi terrorçuları Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri blokada çərçivəsində 8 …

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …