Cümə axşamı , Oktyabr 1 2026
azfa

Türk ölkəsi Qazaxıstan ilk dəfə NATO standartlı mərmilər istehsal edəcək

GADTB: Qazaxıstanda 2027-ci ildə fəaliyyətə başlayacaq zavod ilk dəfə NATO standartlı mərmilər də daxil olmaqla artilleriya mərmiləri istehsal edəcək.

Bu barədə Qazaxıstan mediası “Great Sky” şirkətinin birinci direktor müavini Andrey Tixonenkoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hərbi sursatlar “ASPAN” adlı layihə çərçivəsində dörd müdafiə müəssisəsində buraxılacaq.

Bu müəssisələrdə Qazaxıstan Silahlı Qüvvələrində istifadə olunan mina atanlar üçün mərmilər və artilleriya sursatları istehsal ediləcək və ixrac üçün NATO standartlı mərmilər buraxılacaq.

“Layihənin böyük perspektivi var, çünki istehsal üçün lazım olan bütün xammal – metal, pambıq, turşular və sair, – Qazaxıstanda mövcuddur”, – Andrey Tixonenko bildirib.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …