Şənbə , Oktyabr 24 2026
azfa

Türk ölkəsi Qazaxıstan yerli koronavirus vaksininin istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstan koronavirus üçün öz vaksinini istehsala başlayıb.

Qazaxıstanın baş nazirinin müavini Eralı Tuqjanov ölkənin milli “QazVak” vaksininin paylanılması mərasimində iştirakı zamanı deyib ki, Qazaxıstan vaksininin yaradılması ölkəmizə koronavirus infeksiyasına qarşı öz peyvəndlərini yaratmış dünyanın ilk beş dövləti sırasına daxil olmağa imkanı verdi. Bu, təkcə əhalinin sağlamlığı məsələsi deyil, eyni zamanda milli elmin potensialının və müasir texnologiyaların biofarmasevtikada praktik tətbiqinin, dövlətin nüfuzunun sübutudur.

Tuqjanovun sözlərinə görə, ilk 50 min doza vaksin regionlardakı səhiyyə idarələrinə göndəriləcək. Aprelin 26-dan isə ölkə üzrə peyvəndləmə prosesi başlayacaq.

“Mayda növbəti 50 min doza buraxılacaq. Daha sonra vaksin istehsalı mərhələli şəkildə ayda 500-600 min dozaya çatdırılacaq. Milli vaksin Ümumdünya Səhiyyə Təşkilatının reyestrindən keçib. Tam təhlükəsizliyi sübut edilib, vaksin koronavirus infeksiyasına qarşı güclü immunitet yaradır. Peyvəndin daha bir üstünlüyü vaksinlə əlaqəli xəstəliklərin olmamasıdır. Bundan əlavə, “QazVak” peyvəndinin çatdırılma prosesi zamanı kompleks soyuducu qurğulara ehtiyac yoxdur, müsbət 2-8 dərəcə bir temperaturda nəql oluna bilir”, – Tujqanov bildirib.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …