Bazar , Noyabr 29 2026
azfa

Türk ordusu Afrində terrorçulara qarşı ardıcıl 3 əməliyyat həyata keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Afrində təhlükəsizlik orqanlarına hücuma hazırlaşan terrorçuları zərərsizləşdirib.

Keçirilən əməliyyat zamanı bölgədəki 4 terrorçudan ikisi məhv edilib, bir nəfər isə ələ keçirilib.

Dindirilmə zamanı terrorçu yaxınlıqdakı ərazidə daha bir PKK-çı dəstənin olduğunu etiraf edib. Dərhal əməliyyat planı hazırlayan türk ordusu və ASO sözügedən dəstənin Racu yaxınlığında olduğunu müəyyən edib və dronların dəstəyi ilə əməliyyat başladılıb.

Əməliyyatlar zamanı ümumilikdə 11 terrorçu məhv edilib.

 

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Quzey Qibris Türk Cümhuriyyətinin 43-cü ildönümü tədbirində-Video

GADTB: Noyabrın 28-də Avstraliyanın Sidney şəhərində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 43-cü ildönümü münasibətilə …

Təbrizdə türkcə “Şirinlər” musiqili tamaşasının biletlərinin satışına başlanılıb

GADTB: “Şirinlər” tamaşasının afişasının təqdimatı ilə eyni vaxtda Təbrizdə türkcə musiqili tamaşanın biletlərinin satışına başlanılıb. …

Bir cavab yazın