Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Türk şəhəri Kazanda Beynəlxalq Müsəlman Kino Festivalı keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tatarıstan Muxtar Respublikasının paytaxtı Kazanda “Sivilizasiyaların dialoqundan dialoqun mədəniyyətinə” şüarı ilə təşkil edilən XVII Kazan Beynəlxalq Müsəlman Kino Festivalının rəsmi açılışı olub.

Kazanskaya Ratuşa binasında keçirilən festivalın rəsmi açılışından əvvəl qonaqlar qırmızı xalça üzərindən keçiblər.

Bu il festivalda 24 ölkədən 50 film yarışacaq.

Türkiyəni “Kovan” (Arı pətəyi) və “Kardeşin Bekçisi” (Qardaşın keçikçisi) filmləri ilə “Acı və Tatlı” (Acı və şirin) sənədli filmi təmsil edəcək.

“Silah” filmi də “Rusiya-İslam Dünyası” müsabiqədən kənar proqrama qatılacaq.

Festival sentyabrın 10-da başa çatacaq.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …