Cümə , Aprel 26 2024
azfa

Türk Şurasına üzv Türk dövlətlərinin energetika nazirləri görüşəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (Türk Şurası) Energetika nazirləri ilk dəfə bir araya gələcək.

Energetika sahəsində əməkdaşlıq məqsədilə sabah video-konfrans formatında görüş keçiriləcək.

Şuraya müvəqqəti sədrlik edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov ilə Türk Şurasının Baş katibi Bağdad Amreyev konfransda açılış nitqi ilə çıxış edəcək.

Nazirlər energetika istiqamətində atıla biləcək ortaq addımların müzakirəsini aparacaq. Görüşdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez, Qazaxıstanın Energetika naziri Nurlan Noqayev, Qırğızıstan Energetika və Sənaye naziri Kubanıçbek Turdubayev, Özbəkistan Energetika naziri Əlişir Sultanov və Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyinin Enerji Siyasəti naziri Attila Şteyner çıxış edəcəklər.

Beləliklə, Türk Şurası ölkələri iqtisadiyyat, ticarət, səhiyyə, təhsil və turizm kimi sahələrdə inkişaf etdirdiyi əməkdaşlığa energetikanı da əlavə etmiş oldu.

Türk Şurası ölkələri arasında enerji sahəsində çoxtərəfli əməkdaşlığın mövcud vəziyyətini qiymətləndirəcək nazirlər enerji əməkdaşlığının inkişafı və şaxələndirilməsi və bölgə daxilində enerji əlaqələrinin yaxşılaşdırılması imkanları barədə də fikir mübadiləsi aparacaqlar.

Türk Şurası Energetika nazirləri bərpa olunan enerji mənbələrinin inkişafı üçün uyğun investisiya mühitinin təmin edilməsi, enerji səmərəliliyi və qabaqcıl enerji texnologiyaları ilə əlaqəli ən yaxşı təcrübələrin bölüşülməsi, üzv ölkələrdə istehsal olunan neft-kimya məhsulları üçün beynəlxalq paylama kanallarının qurulması, üzv ölkələr arasında neft mühəndisliyi sahəsində ortaq müəssisənin yaradılması və inkişafı ilə bağlı təcrübə mübadiləsi aparacaq.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …