Çərşənbə axşamı , May 26 2026
azfa

Türkiyə Afrində quru əməliyyatına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun qüvvələri Afrində terrorçu PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub.

Qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

Türkiyə Hərbi-Hava Qüvvələrinin keçirdiyi “Zeytun” əməliyyatı zamanı ABŞ-ın YPG terror təşkilatına silah yardımı üçün istifadə etdiyi Minniğ hava limanını bombalanıb.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

Həmçinin yoxlayın

Trampın terrorçu İran rejimini xilas etdiyi söylənilir

GADTB: Trampın razılaşmasının İranın molla rejimini qurtarma xarakteri daşıdığı bildirilir. Bununla bağlı “The Wall Street …

Molla rejimi azərbaycanlı idman çempionunu edam etdi

GADTB: Bu gün SEPAH-a yaxın “Fars News” agentliyinin xəbər verib ki, Ərdəbil sakini MMA idmançısı …

Bir cavab yazın