Çərşənbə , İyun 10 2026
azfa

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlanılacağını bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Avropa ölkələrindən fərqli olaraq qış mövsümünə enerji ilə bağlı problemsiz, rahat ruhla qədəm qoyuruq.

“Avropa ölkələri enerji böhranı ilə əlaqədar qışı necə keçirəcəklərini düşündüyü vaxtda, biz qışa rahatlıqla giririk”,- deyə Ərdoğan bildirib.

Bundan əlavə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına başlamaq niyyətini açıqlayıb.

Ərdoğan daha əvvəl bildirmişdi ki, qarşıdakı qışda ölkəsinin Rusiyadan təbii qazın verilməsində problem olmayacaq.

Onun sözlərinə görə, problemlərin olmaması Ankaranın apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsidir.

Həmçinin yoxlayın

İranın son hücumları zamanı ABŞ bazaları və qüvvələri zərər görməyib

GADTB: Adı açıqlanmayan bir ABŞ rəsmisi Reuters agentliyinə bildirib ki, İranın raket və pilotsuz uçuş …

ABŞ və İran uranın zənginləşdirilməsinə 15 illik qadağanı müzakirə edir

GADTB: “The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları …